Hüquq müdafiəçiləri polis idarəsində monitorinq keçiriblər

 Hüquq müdafiəçiləri polis idarəsində monitorinq keçiriblər
# 30 sentyabr 2015 09:08 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəsi Elçin Behbudov və köməkçisi Rövşən Məmmədov Sumqayıt şəhər Polis İdarəsinin müvəqqəti saxlanma yerində monitorinq keçiriblər.

Bu barədə APA-ya məlumat verən E. Behbudov orada 42 nəfərin saxlanıldığını bildirib: “Saxlanılan şəxslərin saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri yoxdur. Bütün sənədlər qaydasındadır. Saxlanma yeri təmir olunub və standartlara cavab verir. Saxlanılan şəxslərin sayının çox olması isə Sumqayıt şəhər Apellyasiya Məhkəməsinə gətirilən təqsirləndirilən şəxslərlə bağlıdır. Yəni onların çoxu əslində məhkəməyə gətirilən şəxslərdir”.

E. Behbudov bu gün monitorinqlə bağlı daxili işlər naziri Ramil Usubova məlumat verəcəyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR