Bankomatlardan pul oğurlayan Hindistan vətəndaşı Ali Məhkəməyə müraciət edib

Bankomatlardan pul oğurlayan Hindistan vətəndaşı Ali Məhkəməyə müraciət edib
# 05 oktyabr 2015 07:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda bankomatlardan pul oğurlamaqda təqsirləndirilən Hindistan vətəndaşı Ali Məhkəməyə müraciət edib.

APA-nın məlumatına görə, Raqul Kişor kassasiya şikayəti ilə məhkəməyə müraciət edib. Yaxın günlərdə onun şikayətinə baxılacaq.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bankomatlardan pul oğurlamaqda təqsirləndirilən Nadarjah Tanikamalam 8 il, Raqul Kişor 9 il, Arulkumaran Paramisanqam isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Onların hökmdən verdikləri apellyasiya şikayəti təmin edilməyib. Apellyasiya şikayətində cəzanın yüngülləşdirilməsi xahiş olunub. Bundan sonra R. Kişor Ali Məhkəməyə müraciət edib. Digər təqsirləndirilən şəxslər isə kassasiya şikayəti verməyiblər.

Həmin şəxslər bankomatlardan pul oğurlamaqda təqsirləndirilirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR