Müdafiə Nazirliyi: Azərbaycan Silahlı Qüvvələrinin Ermənistana vuracağı zərbə hədsiz dərəcədə təsirli, məhvedici olacaq

Müdafiə Nazirliyi: Azərbaycan Silahlı Qüvvələrinin Ermənistana vuracağı zərbə hədsiz dərəcədə təsirli, məhvedici olacaq
# 17 noyabr 2014 13:50 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Ermənistan tərəfi növbəti dəfə hər hansı bir hərbi əməliyyata əl atarsa, Azərbaycan Silahlı Qüvvələrinin işğalçılara dərhal vuracağı zərbə hədsiz dərəcədə təsirli, məhvedici olacaq, külli miqdarda itki və dağıntılarla nəticələnəcək, uzun müddət onların yaddaşlarından silinməyəcək.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti Ermənistan tərəfdən səslənən bəyanatlara cavab olaraq bəyan edib.

Bəyanatda qeyd olunub ki, Ermənistanın hərbi-siyasi rejimi növbəti dəfə Azərbaycana qarşı hədə-qorxu dolu məsuliyyətsiz bəyanatlar verməkdə davam edir: «Öz xalqını aldadaraq provokasiyaya çəkməklə Azərbaycana münasibətdə aqressiv siyasət yürütməsi onların hazırda regionda mövcud olan real vəziyyəti düzgün qiymətləndirməmələrinin nəticəsidir. Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, düşmən tərəfi işğal edilmiş ərazilərdən qoşunlarının qeyd-şərtsiz və dərhal çıxarılmasının vacibliyini anlamalı, erməni gənclərini ədalətsiz müharibədən çəkindirərək əbəs yerə qırdırmamalıdır. Azərbaycan Silahlı Qüvvələri düşmənin istənilən təxribatının qarşısını almağa qadirdir və hazırdır».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR