Putin və Obama beynəlxalq antiterror koalisiyası yaratmaq barədə müzakirə aparıblar

Putin və Obama beynəlxalq antiterror koalisiyası yaratmaq barədə müzakirə aparıblar
# 04 sentyabr 2015 11:10 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama beynəlxalq antiterror koalisiyanın yaradılması məsələsini müzakirə ediblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Vladimir Putin bəyan edib.

“Biz müəyyən addımlar atırıq və bunu açıq şəkildə edirik. Əgər sizi detallar maraqlandırırsa, mən deyə bilərəm ki, biz həqiqətən də terrorizm və ekstremizmlə beynəlxalq mübarizə koalisiyası yaratmağı nəzərdə tuturuq. Bu məqsədlə də biz amerikalı tərəfdaşlarımızla müzakirələri davam etdiririk. Mən şəxsən bu məsələ ilə bağlı ABŞ prezidenti, Türkiyə prezidenti, Səudiyyə Ərəbistanı rəhbərliyi, İordaniya kralı, Misir prezidenti və digər tərəfdaşlarımızla danışmışam”, - deyə Putin söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR