TQDK: Təhsil müəssisələri tərəfindən 197026 şagird haqqında məlumat “Şagird-məzun” sisteminə əlavə edilib

TQDK: Təhsil müəssisələri tərəfindən 197026 şagird haqqında məlumat “Şagird-məzun” sisteminə əlavə edilib
# 20 fevral 2013 12:52 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2012/2013-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində təhsil alanların biliyinin yekun qiymətləndirilməsinə hazırlıq işləri davam edir. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, artıq ümumi təhsil müəssisələri tərəfindən 197026 şagird haqqında məlumat “Şagird-məzun” sisteminə əlavə edilib ki, bu da daxil edilməli olan məlumatların 90 faizini təşkil edir.


Daxil edilmiş məlumatları analiz etmək məqsədilə xüsusi proqram sistemi yaradılıb. Sistem vasitəsilə məlumatların məntiqi yoxlanılması əsasında təhlillər aparılır, aşkar edilmiş uyğunsuzluqlar barədə məlumatlar təhsil müəssisələrinə təqdim edilir. Eyni zamanda, təhsil müəssisələri tərəfindən məzunların buraxılış ilindən əvvəlki tədris ilində aldıqları yekun qiymətlər yoxlanılır və təsdiqlənir. Bu prosesin tezliklə başa çatdırılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR