Millət vəkili: “Ombudsman institutu hərbi ombudsman funksiyasını da yerinə yetirməlidir”

Millət vəkili: “Ombudsman institutu hərbi ombudsman funksiyasını da yerinə yetirməlidir”
# 05 mart 2013 10:32 (UTC +04:00)

APA-nın məlumatına görə, müzakirələr zamanı Zahid Oruc bildirib ki, hesabat kifayət qədər obyektiv hazırlanıb və Azərbaycan prezidentinin 12 fevralda etdiyi bəyanatın üslubuna uyğundur: “Prezidentin təsvirini verdiyi nadan məmurlar ona görə formalaşıb ki, hətta parlament də onlara qarşı güzəştli mövqedə dayanıb. Təəssüf ki, dəyişən məmurlar uzlaşmayan qərarlar qəbul edir, özündən əvvəlki məmurların qəbul etdiyi sənədləri tanımır”.

Z. Oruc bildirib ki, hesabatda insan haqlarının durumuna qiymət verərkən mülkiyyət hüququ ilə bağlı dövlətin atdığı addımlarla yanaşı bu sahədə işin hələ də başa çatdırılmaması faktı da nəzərdə qaçırmamalıdır: “Mülkiyyət hüququnun toxunulmazlığı qorunmalıdır”.

O, həmçinin Ombudsman institutunun bütün orduya nəzarət etməsinin qeyri-mümkünlüyünü diqqətə çatdırıb: “Ombudsman institutu hərbi ombudsman funksiyasını da yerinə yetirməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR