«AtaLeasing» şirkətinə yeni sədr təyin edilib
21 fevral 2012 12:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gündən etibarən «AtaLeasing» şirkəti İdarə Heyətinin sədri vəzifəsini Azər Xələfov icra edəcək. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin keçmiş sədri Yusif Müslümov bildirib.
Y.Müslümovun sözlərinə görə, A.Xələfovun şirkətin sədri vəzifəsini icra etməsi üçün artıq bu gün onunla müvafiq müqavilə də imzalanıb. «Mən lizinq sahəsində fəaliyyətimi davam etdirəcəyəm. Bu sahədə yeni iş təklif olunduğu üçün iş yerimi dəyişməli oldum», - deyə Y.Müslümov bildirib.
Qeyd edək ki, A.Xələfov əvvəllər şirkətin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər Qrupu olan «AtaLeasing» şirkəti 2004-cü ildən fəaliyyət göstərir.

Maliyyə
PAŞA Sığortanın yeni kampaniyası ilə sığortasız mənzil qalmayacaq
10:00
22 may 2024
Bu günün valyuta məzənnələri
09:17
22 may 2024
PAŞA Sığortadan “Kia” sahibləri üçün Tam KASKO sığortası üzrə kampaniya
18:37
21 may 2024
Azərbaycanda sığorta yığımlarının həcmi 543 mln. manata çatıb
14:50
21 may 2024