Şabranda avtomobil yoldan çıxaraq aşıb, xəsarət alanlar var - FOTO

Şabranda avtomobil yoldan çıxaraq aşıb, xəsarət alanlar var - <font color=red>FOTO</font>
# 02 avqust 2012 16:28 (UTC +04:00)
Xaçmaz. Vəli Turan-APA. Bu gün günorta saatlarında Şabran rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Xaçmazdan Şabran istiqamətində hərəkət edən 25 yaşlı Şabran rayon sakini Şövkət Məcidova məxsus “90-CV-274” dövlət qeydiyyat nişanlı, “Mersedes” markalı avtomobil yoldan çıxaraq aşıb.

APA-nın Şimal bürosunun verdiyi məlumata görə, hadisə nəticəsində sürücü ilə yanaşı, sərnişinlər Rəsul Şahayev və Elvin Məcidov da xəsarət alıb. Yaralılar təcili Şabran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alanların vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalar davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR