«İrəli» İctimai Birliyi JMI təşkilatı ilə əməkdaşlıq edəcək

«İrəli» İctimai Birliyi JMI təşkilatı ilə əməkdaşlıq edəcək
# 26 mart 2012 17:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın «İrəli» İctimai Birliyi «Jeunesses Musical International» (JMI) təşkilatı ilə əməkdaşlıq barədə razılığa gəlib. Bu barədə APA-ya «İrəli» İctimai Birliyinin mətbuat xidmətindən məlumat verilib.

Təşkilat rəsmən JMI vasitəsilə Azərbaycan gəncliyini və musiqisini dünyada təmsil etmək hüququ əldə edib.

Qeyd edək ki, dünyanın musiqi üzrə ixtisaslaşmış ən böyük gənclər təşkilatı olan «Jeunesses Musicales International» 1945-ci ildə Brüsseldə yaradılıb. Təşkilatın 45 ölkədə nümayəndəliyi və 35 ölkədə əlaqələndirici təşkilatları fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR