Fikrət Cəfərov: “KXCP-nin İctimai Palatada təmsil olunmaması daxili demokratiyanın olmaması ilə bağlıdır”

Fikrət Cəfərov: “KXCP-nin İctimai Palatada təmsil olunmaması daxili demokratiyanın olmaması ilə bağlıdır”
# 28 sentyabr 2012 11:03 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Klassik Xalq Cəbhəsi Partiyasındakı “Demokratik Birlik” fraksiyasının təsisçilərindən dörd nəfər İctimai Palatanın üzvüdür. Lakin bu hal fraksiyanın konkret hansısa birliyə inteqrasiya yolunu tutması demək deyil”.

Bu açıqlamanı APA-ya KXCP sədrinin müavini, fraksiyanın həmtəsisçisi Fikrət Cəfərov verib. KXCP üzvlərinin böyük hissəsinin partiyanın İctimai Palatada təmsilçiliyinin lehinə olduğunu xatırladan F. Cəfərov bildirib ki, KXCP-nin bu qurumda təmsil olunmaması daxili demokratiyanın olmaması ilə bağlıdır: “İctimai Palata yarananda partiya üzvlərinin çoxunun bu qurumda təmsil olunmaq istəyi olub. Sonradan yaranan qurumlarda KXCP-nin təmsilçiliyinə dair kollegial qərar olmayıb. Ölkədə demokratiyanın bərqərar olması uğrunda mübarizə aparan təşkilat kimi daxili demokratiyanı əvvəlcə özümüz yaratmalıyıq. Hələlik isə fraksiyada partiyanın İctimai Palatada təmsil olunması ilə bağlı xüsusi mövqe və istiqamət yoxdur. Fraksiya müxalifətin təkcə İctimai Palatada deyil, daha geniş formatda birliyinə nail olunmasını istəyir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR