Türkiyədə “Ergenekon”la bağlı həbs olunmuş ordu zabitinin oğlu Azərbaycanda baş verən avtoqəzada ölüb

Türkiyədə “Ergenekon”la bağlı həbs olunmuş ordu zabitinin oğlu Azərbaycanda baş verən avtoqəzada ölüb
# 03 sentyabr 2012 11:09 (UTC +04:00)
APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, acı xəbər M. Dönməzə bu gün məhkəmə salonunda çatdırılıb. Eyni iş üzrə mühakimə olunan tanınmış jurnalist Tuncay Özkan M. Dönməzi salondan çıxararaq ona oğlunun ölüm xəbərini verib. M. Dönməz xəbər aldıqdan sonra məhkəmə zalına qayıtmayıb. Məhkəmə və həbsxana rəhbərliyi ona oğlunun dəfnində iştirak etmək üçün 2 gün icazə verib.

Qeyd edək ki, Azərbaycan Daxili İşlər Nazirliyi sentyabrın 1-də olayla bağlı rəsmi məlumat yayıb. Xəbərdə bildirilir ki, sentyabrın 1-də saat 00.05 radələrində Bakı şəhərinin Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Türkiyə vətəndaşı Alpkaan Dönməz vurulub. Nəticədə piyada hadisə yerində ölüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR