Azərbaycan Mərkəzi Bankı kotirovka sorğusu keçirir

Azərbaycan Mərkəzi Bankı kotirovka sorğusu keçirir
# 28 fevral 2012 13:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) iki lot üzrə kotirovka sorğusu elan edib.

AMB-dən «APA-Economicsc»ə verilən məlumata görə, sorğuda birinci lot üzrə AMB üçün bir ədəd çəngəlağız yükqaldıran və bir ədəd yükdaşıyan arabanın alınması, həmçinin AMB-nin inzibati və yardımçı binalarının dam örtüklərinin ikiqat membranlı xüsusi materialla hidroizolyasiya olunması nəzərdə tutulur.

Sorğu ilə bağlı maraqlanalar müvafiq sənədləri, o cümlədən təklif zərflərini martın 7-dək AMB-nin binasına təqdim edə bilərlər. Zərflər isə martın 9-da açılacaq.

Qeyd edək ki, sorğuda iştirak haqqı birinci lot üzrə 25 manat, ikinci lot üzrə isə 50 manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR