«Azərikimya»da Moskva Dövlət Universitetinin Bakı tələbələri ilə görüş olub
30 avqust 2012 16:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin «Azərikimya» İstehsalat Birliyində Moskva Dövlət Universitetinin Bakı filialının istehsalat təcrübəsi keçən tələbələri ilə görüş olub.
«Azərikimya»dan «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı «Azərikimya» müəssisələrinin istehsalat fəaliyyəti, son iki ildə aparılan yeniləşmə və modernləşdirmə tədbirləri, müasir avadanlıqların və yeni texnologiyaların tətbiqi və neft-kimya sənayesinin perspektivləri, o cümlədən yeni yaradılmaqda olan Sumqayıt Kimya Sənaye Parkı, regionda ilk azot gübrəsi - Karbamid zavodu, bütünlüklə yerli xammal əsasında fəaliyyət göstərəcək polipropilen zavodu haqqında geniş məlumat verilib.
Dialoq şəklində keçən görüş zamanı bu günün və sabahın kimya sənayesi üçün prioritet xarakter daşıyan daha bir məsələ - yeniləşməkdə, müasir tələblərə uyğun şəkildə yaradılmaqda olan yeni istehsalat sahələrini bacarıqla idarə edə biləcək kadrların hazırlanması ilə bağlı Birliyin kadr siyasəti barədə də söhbət aparılıb.
Sonda birliyin rəhbərliyi kimya istehsalatı, ekologiyanın qorunması və perspektiv planlarla bağlı tələbələri maraqlandıran çoxsaylı suallara cavab verib.

Sənaye və energetika
Mərkəzi Bank: Bank sektorunun valyuta mövqeyi prudensial tələblər çərçivəsindədir
12:34
18 may 2024
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşıb
10:41
18 may 2024
Dünya bazarlarında neftin qiyməti 84 dollara yaxınlaşıb
09:29
18 may 2024
“Romgaz” şirkəti Moldovaya qaz tədarükü üçün lisenziya almaq niyyətindədir
17:29
17 may 2024