Milli Onkologiya Mərkəzi Lerik rayonunda humanitar aksiya keçirib

Milli Onkologiya Mərkəzi Lerik rayonunda  humanitar aksiya keçirib
# 12 sentyabr 2012 02:02 (UTC +04:00)
Lerik. Ağəddin Babayev – APA. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin Mobil-Diaqnostika Kompleksi Lerik Rayon Mərkəzi Xəstəxanasında onkoloji xəstəliklərlə bağlı humanitar aksiya keçirib. APA-nın Cənub bürosunun məlumatına görə, 3 gün davam aksiyada respublikanın baş onkoloqu Azad Kərimlinin rəhbərliyi ilə 17 nəfərdən ibarət təcrübəli həkim briqadası və mütəxəssislər tərəfindən ucqar dağ rayonunda yaşayan əhaliyə konsultativ-diaqnostik və profilaktik yardım göstərillib.
Tədbirin keçirilməsində əsas məqsəd əhalini tibbi maarifləndirməklə bərabər, onların ağ ciyərin rentgen və ultrasəs, laboratoriya, ginekologiya, ultrasonoqrafiya, mamoqrafik müayinəsini təşkil etmək, qadınlarda süd vəzi xəstəliklərini, şişlərin əlamətlərini və digər xəstəlikləri aşkarlamaqdan ibarət olub.
Aksiya zamanı Milli Onkologiya Mərkəzinin müvafiq tibbi avadanlıqlarla təchiz olunmuş səyyar diaqnostik kompleksində 500 nəfərdən çox Lerik rayon sakini müayinədən keçib. Müayinə zamanı aşkarlanmış 10 nəfərə yaxın xəstənin Lerik Mərkəzi Rayon Xəstəxanasında və Bakı şəhərində müalicəyə cəlb olunması məsləhət bilinib.
Humanitar aksiyanın ucqar dag rayonunda keçirilməsi yerlik sakinlər tərəfindən razılıqla qarşılanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR