İraqda terrorçular həbsxananı ələ keçiriblər

İraqda terrorçular həbsxananı ələ keçiriblər
# 28 sentyabr 2012 00:58 (UTC +04:00)
Bakı-APA. İraqın Tikrit şəhərində terrorçular həbsxananı ələ keçiriblər. Polisin məlumatına görə, hücum zamanı 4 silahlı və 2 mühafizəçi öldürülüb.

Məlumata görə, hücum terrorçu-kamikadze tərəfindən həbsxana darvazasının partladılması ilə başlayıb. Terrorçular həbsxanaya nəzarəti tam olaraq ələ keçiriblər.

Hadisədən sonra yüzədək məhbus həbsxanadan qaçıb.

Hazırda həbsxana mühasirəyə alınıb. Şəhərdə komendant saatı elan olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR