İyunda Qazaxıstanda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

İyunda Qazaxıstanda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək
# 30 may 2012 09:42 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 6-10 iyun tarixlərində Qazaxıstanda Azərbaycan Mədəniyyət Günləri keçirilməsi planlaşdırılır. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva bildirib. Məlumata görə, Mədəniyyət Günləri çərçivəsində Qazaxıstanın Astana və Almatı şəhərlərində Azərbaycan Dövlət Rəqs Ansamblının, əməkdar kollektiv F. Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının, respublika və beynəlxalq muğam müsabiqələrinin gənc qaliblərinin iştirakı ilə konsertlər, “Azərbaycan: ənənə və müasirlik qovşağında” adlı fotosərgi və turizm sərgisi keçiriləcək, M.F.Axundzadənin “Müsyo Jordan və dərviş Məstəli şah” tamaşası nümayiş olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR