Ötən gün Suriyadan Türkiyəyə 700 nəfər qaçıb

Ötən gün Suriyadan Türkiyəyə 700 nəfər qaçıb
# 07 aprel 2012 15:48 (UTC +04:00)
Bakı - APA. Ötən sutka ərzində Suriyadan Türkiyəyə 700 nəfər qaçıb. APA-nın “İnterfax”a istinadən xəbərinə görə, bununla da Türkiyədəki suriyalı qaçqınların sayı 24 min nəfərə çatıb.

Onların böyük hissəsi Türkiyənin cənub-şərq hissəsindəki Hatay, Qaziantep və Kilis şəhərlərində məskunlaşıb.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, əgər qaçqınların sayındakı artım dinamikası dayanmasa, onları yerləşdirməkdə çətinliklə üzləşəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR