Türkiyədə Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsinə həsr olunmuş forum keçiriləcək

Türkiyədə Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsinə həsr olunmuş forum keçiriləcək
# 03 avqust 2012 08:08 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, forumun işində Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri, millət vəkilləri, dünyanın müxtəlif ölkələrində yaşayan 200-dək soydaşımızın iştirakı nəzərdə tutulub. Forum çərçivəsində keçiriləcək görüşlərdə və müxtəlif panellər üzrə müzakirələrdə Rusiyada, Türkiyədə, Ukraynada, Gürcüstanda, ABŞ-da və digər ölkələrdə yaşayan azərbaycanlıların yaşadıqları ölkələrin cəmiyyətinə inteqrasiyası problemləri, bu ölkələrdəki Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi yolları ətrafında fikir mübadiləsi aparılacaq, konkret təkliflər irəli sürüləcək.

Forum çərçivəsində həmçinin “Azərbaycan diasporu: ensiklopedik məlumat” toplusunun, “Dünya Azərbaycanlılarının III Qurultayı” kitab-diskinin təqdimatı, Azərbaycan incəsənət ustalarının çıxışı planlaşdırılıb. Forum öz işini avqustun 7-də toplantının yekun sənədlərinin müzakirəsi ilə başa çatdıracaq.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR