Siyəzən rayon sakini bıçaqlanıb

Siyəzən rayon sakini bıçaqlanıb
# 18 aprel 2012 07:17 (UTC +04:00)
Siyəzən. Vəli Turan – APA. Siyəzən rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın şimal bürosunun xəbərinə görə, Siyəzən rayon sakini, 1984-cü il təvəllüdlü Zahidov Kamal Gülağa oğlu çoxsaylı bıçaq xəsarətləri ilə Siyəzən Regional Müalicə Diaqnostika mərkəzinə yerləşdirilib. Ona kürəyindən 2 və bud nahiyəsindən 1 bıçaq zərbəsi vurulub. Siyəzən rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, K.Zahidova xəsarət yetirən şəxs həbs olunmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR