Portuqaliyada yeni büdcə layihəsinə qarşı çoxminlik aksiyalar keçirilir

Portuqaliyada yeni büdcə layihəsinə qarşı çoxminlik aksiyalar keçirilir
# 01 noyabr 2012 03:59 (UTC +04:00)
Bakı-APA. Portuqaliya parlamentinin önündə çoxminlik etiraz aksiyası keçirilib. Nümayişçilər vergilərin artırılmasını nəzərdə tutan büdcə layihəsinin əleyhinə çıxış ediblər.

Hökumət yeni layihənin büdcə kəsirini azaltmağa imkan verəcəyinə və 100 milyard avro həcmində maliyyə yardımı almaq üçün qoyulmuş tələbləri yerinə yetirməkdə imkan yaradacağına ümid edir.

Bir çox portuqaliyalılar üçün vergilərin artırılması orta aylıq maaşa bərabər məbləğ deməkdir. Büdcə layihəsi noyabr ayında parlamentdə bir daha səsə qoyulacaq. Qəbul olunduqdan sonra büdcəyə qarşı Konstitusiya məhkəməsinə şikayət etmək olar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR