Nigeriya millisinin baş məşqçisi: “11:0 hesablı qələbəni unudub sakitləşməliyik”

Nigeriya millisinin baş məşqçisi: “11:0 hesablı qələbəni unudub sakitləşməliyik”
# 26 sentyabr 2012 10:51 (UTC +04:00)
Bakı – APA. “Azərbaycan yığması üzərində qələbəyə görə, Allaha və qızlarıma təşəkkür edirəm. Lakin 11:0 hesabının beynimizə həkk olunmasına imkan vermərik”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək qızlardan ibarət Nigeriya millisinin baş məşqçisi Peter Dedevbo deyib.

Afrikalı mütəxəssis ölkəmizdə keçirilən dünya çempionatının Azərbaycan yığması ilə oyunundakı 11:0 hesablı qələbəni şərh edib. Dedevbo 1/4 finala qrup qalibi kimi çıxmaq iddialarını açıqlayıb: “Artıq bu qələbəni unudub sakitləşməliyik. Qarşıdakı oyuna da eyni yanaşmaq lazımdır. Qrupdan 1-ci yerlə çıxmalıyıq. Hələ Azərbaycana gələn vaxt yetirmələrimə tapşırmışdım ki, heç bir rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Bizim Azərbaycanla oyunumuza baxanda da bunu görmək olar.”
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR