Kəmaləddin Heydərov Bolqarıstanın Azərbaycandakı səfiri ilə görüşüb

Kəmaləddin Heydərov Bolqarıstanın Azərbaycandakı səfiri ilə görüşüb
# 31 oktyabr 2012 20:07 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bolqarıstanın Azərbaycandа yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Maya Xristova ilə görüşüb. Bu barədə APA FHN-nin rəsmi saytına istinadən məlumat verir.

Nazir, ilk növbədə, ölkəmizə yeni təyin olunmuş səfirə fəaliyyətində uğurlar arzulayaraq səfirin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Görüş zamanı qonağa respublikada fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verilib və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bolqarıstan Respublikasının müvafiq qurumları ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində maraqlı olduğu səfirin diqqətinə çatdırılıb.

Səfir də öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirmiş və ölkələrimiz arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR