İtaliya Miqrasiya və Sərhəd Mühafizə İdarəsi rəisinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub

İtaliya Miqrasiya və Sərhəd Mühafizə İdarəsi rəisinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub
# 11 oktyabr 2012 14:55 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Dövlət Sərhəd Xidmətinin (DSX) rəisinin dəvəti ilə İtaliya Daxili İşlər Nazirliyinin Miqrasiya və Sərhəd Mühafizə İdarəsinin rəisi, prefekt Rodolfo Rankoninin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Bu barədə APA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Oktyabrın 9-dan 11-dək davam etmiş səfər çərçivəsində nümayəndə heyəti DSX rəisi, general-leytenant Elçin Quliyev tərəfindən qəbul edilib.

Görüşdə Azərbaycanın sərhəd təhlükəsizliyi sistemi, DSX-nin vəzifə və tapşırıqları, həyata keçirilən islahatlar və əldə olunmuş nailiyyətlər barədə məlumat verilib. Qarşılıqlı əməkdaşlığın vəziyyəti və perspektivləri, o cümlədən tərəflər arasında əlaqələrin normativ-hüquqi bazasının inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.

İtaliya nümayəndə heyəti DSX-nin Akademiyası, Sahil Mühafizəsinin və «Sərhədçi» İdman Olimpiya Mərkəzinin fəaliyyəti ilə də tanış olub.

Səfər müddətində İtaliya nümayəndə heyəti Azərbaycanın Daxili İşlər Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi tərəfindən də qəbul edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR