Bakıda “Baron Aydın” ləqəbli narkotik alverçisi həbs edilib - YENİLƏNİB - VİDEO

Bakıda “Baron Aydın” ləqəbli narkotik alverçisi həbs edilib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 19 iyun 2015 08:20 (UTC +04:00)

Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, polisə daxil olan əməliyyat məlumatı əsasında “Baron Aydın” ləqəbli Aydın Bağırovun tutulması üçün əməliyyat keçirilib. Şübhəli şəxslərin yeri müəyyən edilib və əraziyə əməliyyat qrupu çıxıb. Əməliyyat qrupunu görən şübhəli şəxslər bir-birinə xəsarət yetiriblər. Onlardan ikisi - Aydın Bağırov və onun oğlu Taleh saxlanılıb. Dəstənin digər üzvü Ənvər Məmmədov isə qaçıb.

Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış təbirləri davam etdirilir.

***

saat 10.59

Bakı. Hafiz Heydərov – APA. Bakıda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan ata və oğlu həbs edilib.

APA-nın məlumatına görə, Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, narkobaron Aydın Bağırov və onun oğlu Taleh Bağırov saxlanılıblar. Onlardan xeyli miqdarda narkotik vasitə götürülüb.

Məlumata görə, saxlanılan A. Bağırov kriminal aləmdə “Baron Aydın” ləqəbi ilə tanınır.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

***

saat 05.17

Bakı. Mahir Məmmədli-APA. Gecə saatlarında Bakının Suraxanı rayonu ərazisində bir mənzildə 3 nəfər bıçaqlanıb.

APA-nın məlumatına görə, hadisə Yeni Suraxanı qəsəbəsi, Kirov küçəsi 4 ünvanında qeydə alınıb. Həmin evdə bıçaq xəsarətləri almış 3 nəfər - paytaxt sakinləri 67 yaşlı Bağırov Aydın Yusif oğlu, onun oğlu 35 yaşlı Taleh Bağırov və Aydın Bağırovun bacısı oğlu, 35 yaşlı Məmmədov Ənvər Akif oğlu bıçaq xəsarətləri ilə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

Müəyyən edilib ki, həmin şəxslərin üçünə də bıçaq xəsarətləri eyni adamlar tərəfindən yetirilib. Hazırda bıçaq xəsarəti almış şəxslərdən ikisi - Aydın Bağırovla Ənvər Məmmədovun müalicəsi xəstəxanada həkim nəzarəti və polis mühafizəsi altında davam etdirilir. Taleh Bağırov isə ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Qanlı hadisənin hansı şəraitdə baş verdiyi dəqiq məlum deyilir. Faktı Suraxanı RPİ-nin 33-cü polis bölməsinin əməkdaşları araşdırır. Məlumata görə, bıçaqlanan şəxslərdən ata-oğul Bağırovlar əvvəllər narkotik vasitələrin alqı-satqısına görə məhkum olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR