Qusarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Qusarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 22 iyul 2015 10:38 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Qusarda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 21-də saat 23.0 radələrində, Qusar şəhərində, şəhər sakini Elman İsgəndərov idarə etdiyi “VAZ-21723” markalı avtomobillə yolu keçən həmyerlisi Eldar İsmiyevi vurub. Xəsarət alan piyada çatdırıldığı xəstəxanada ölüb.

Qusar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR