Bank Of Baku

Cahangir Mehdiyev: Məktəbdə müəyyən edilmiş geyim qaydalarına əməl olunmalıdır

Cahangir Mehdiyev: Məktəbdə müəyyən edilmiş geyim qaydalarına əməl olunmalıdır
# 12 oktyabr 2026 17:52 (UTC +04:00)

Məktəbdə müəyyən edilmiş geyim qaydalarına əməl olunmalıdır.

Bunu APA-ya açıqlamasında kinorejissor Cahangir Mehdiyev deyib.

Onun sözlərinə görə, burada əsas məsələ dövlətin müəyyən etdiyi qaydalara riayət etmək, təhsil müəssisələrində nizam-intizamı qorumaqdır.

Kinorejissor Azərbaycan dövlətinin dini dəyərlərə hər zaman hörmətlə yanaşdığını vurğulayıb.

“Hesab edirəm ki, məktəblərdə vahid geyim forması olmalıdır, müəyyən edilmiş geyim qaydalarına əməl edilməlidir. Hər bir Azərbaycan vətəndaşı qanunlara hörmət etməli və onlara tabe olmalıdır. Hər bir geyimin öz yeri və şəraiti var”, - Cahangir Mehdiyev qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR