Bank Of Baku

Nazir müavini: 149 min tələbənin dövlət hesabına təhsil alması nəzərdə tutulub

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə

© APA | Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə

# 13 noyabr 2026 12:14 (UTC +04:00)

"Azərbaycanda 120 ölkədən 11,5 min əcnəbi tələbə təhsil alır".

APA xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bu gün keçirilən Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında deyib.

O bildirib ki, 2018–2019-cu tədris ilində Azərbaycanda 86 ölkədən 6 min əcnəbi tələbə təhsil alırdısa, hazırda bu rəqəm 120 ölkədən 11,5 min nəfərə çatıb.

Nazir müavini qeyd edib ki, növbəti il dövlət sifarişi və dövlət hesabına 149 min tələbənin təhsil alması, 159 min tələbəyə dövlət təqaüdünün verilməsi nəzərdə tutulub. 2027-ci ildə bu məqsədlər üçün dövlət büdcəsindən 613 milyon manat ayrılması planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR