Türkiyə yığmasının sabiq futbolçusu bıçaqlanıb

Türkiyə yığmasının sabiq futbolçusu bıçaqlanıb
# 06 oktyabr 2016 13:05 (UTC +04:00)

Bakı – APA. Türkiyə millisinin və “Fənərbaxça” klubunun sabiq futbolçusu Öndər Turaci bıçaqlanıb. Apasport.az saytının məlumatına görə, xoşagəlməz hadisə Belçikada yaşanıb.

Öndərə keçmiş həyat yoldaşının qardaşı tərəfindən xəsarət yetirilib.

Buna 35 yaşlı futbolçu ilə sabiq xanımı arasında mübahisə səbəb olub. Onlar uşaqları ilə bağlı məsələlərdə razılığa gələ bilməyiblər.

Nəticədə qadın qardaşı və xalasıoğluna zəng edərək, məsələnin həllinə çağırıb. Onlar, həmçinin xanımın ikinci həyat yoldaşı Turaci ilə görüşərək, haqq-hesab çəkiblər. Qarnından və ayağından bıçaqlanan futbolçu xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, “Fənərbaxça”dan sonra “Kayserispor”, “Göztəpə”, “Sarıyer”, “Şanlıurfaspor”, “Antalyaspor” və “Hasselt”də çıxış edən Turacinin son klubu “Serenq” olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR