Nardaran sakini tapdığı qumbara və güllələri polisə təhvil verib

Nardaran sakini tapdığı qumbara və güllələri polisə təhvil verib
# 04 avqust 2016 11:27 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Nardaran sakini tapdığı qumbara və güllələri polisə təhvil verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 3-də Nardaran qəsəbə sakini Fərhad Tağıyev qəsəbə ərazisindəki məişət tullantıları sahəsindən tapdığı 49 ədəd müxtəlif çaplı patronu, patron darağını və “F-1” qumbarasını Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə təhvil verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR