BVF tənzimləyiciləri Azərbaycandakı problemli banklara yardım etməyə çağırıb

BVF tənzimləyiciləri Azərbaycandakı problemli banklara yardım etməyə çağırıb
# 15 sentyabr 2016 08:51 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanın bank sistemi dərindən monitorinq olunmalıdır. "APA-Economics" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə açıqladığı proqnozda deyilir.

Fondun rəhbərliyi hesab edir ki, qeyri-səmərəli bankların bağlanması müsbət haldır və maliyyə sektorunun dayanıqlılığına dəstək olmaq üçün atılan addımlar davam etdirilməlidir. BVF rəsmiləri tənzimləyiciləri böyük bankın özəlləşdirilməsi məqsədilə restrukturizasiya prosesini davam etdirməyə, bank sisteminin digər iştirakçılarının da problemlərini həll etməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR