Muğanlı-İsmayıllı avtomobil yolu təmir olunur

Muğanlı-İsmayıllı avtomobil yolu təmir olunur
# 12 aprel 2016 14:35 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Azəravtoyol” ASC payız-qış mövsümündə yağan yağıntılar və intensiv hərəkət nəticəsində respublika avtomobil yollarının, küçə və prospektlərin hərəkət hissəsində asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin təmir-bərpa işlərini davam etdirir.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu çərçivədə 40 kilometr uzunluğunda olan Muğanlı-İsmayıllı avtomobil yolunda cari təmir işləri aparılır.

Təmir işləri çərçivəsində yol boyu çiyin hissələr təmizlənərək bərkidilir, su ötürücü boruların giriş-çıxış hissələri təmizlənir və yenidən bərpa edilir.

Bundan başqa, yolun köhnə asfalt-beton örtüyünün qabarmış və dağılmış hissələri frez maşınları vasitəsi ilə qaşınaraq kənara daşınır. Təmizlənmiş hissələrə isə yeni asfalt-beton örtüyü döşənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR