Nardaranda Bakı Regional Peşə-Tədris Mərkəzinin kursları təşkil ediləcək

Nardaranda Bakı Regional Peşə-Tədris Mərkəzinin kursları təşkil ediləcək
# 03 fevral 2016 10:06 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Nardaran qəsəbəsində Bakı Regional Peşə-Tədris Mərkəzinin kursları təşkil ediləcək. "APA-Economics" xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Nazir bildirib ki, bu gün adıçəkilən qəsəbədə təşkil olunan Əmək yarmarkası zamanı ona müraciət edən sakinlər bildiriblər ki, onların ayrı-ayrı peşələr üzrə təhsil almağa imkanları da, həvəsləri də var: "Qəsəbə sakinlərinin əksəriyyəti konkret ixtisası olmayan, yalnız ümumi orta məktəb bazasına malik olan insanlarıdır. Bu insanların müəyyən peşələrə, ixtisaslara yönəldilməsi baxımından peşə tədrisi kurslarının təşkili zəruridir. Biz bunun üzərində işləyəcəyik və yəqin ki, bu məsələ ilə xüsusi qərarlar qəbul edəcəyik. Bu qəsəbədə əvvəlcə sorğu keçirəcəyik ki, qəsəbə sakinləri tərəfindən hansı ixtisaslara daha çox maraq göstərilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR