Mehman Səlimovun məhkəməsi davam etdirilib

Mehman Səlimovun məhkəməsi davam etdirilib
# 04 mart 2016 08:16 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə nazirinin sabiq müavini Mehman Səlimovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.

APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, təqsirləndirilən şəxin vəkili məhkəmədə iştirak etmir. Buna görə məhkəmə proseso martın 11-nə təxirə salınıb.

Qeyd edək ki, M. Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs-qətimkan tədbiri seçilib. M. Səlimov 1995-99-cu illər ərzində müdafiə nazirinin ictimai-siyasi işlər üzrə müavini olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR