Sumqayıtda məktəb direktorunun otağından kompüter oğurlayan şəxs saxlanılıb

Sumqayıtda məktəb direktorunun otağından kompüter oğurlayan şəxs saxlanılıb
# 01 fevral 2016 09:53 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Sumqayıtda məktəb direktorunun otağından və qadın məsləhətxanasından oğurluq edən şəxs saxlanılıb. APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, nazirliyin Kriminalistik Tədqiqatlar İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 27-də Qubadlı rayon Dəmirçilər kənd tam orta məktəbin direktorunun otağından noutbuk və 2 saylı qadın məsləhətxanasının inzibati binasından təmir-tikinti alətləri oğurlamış Sumqayıt şəhər sakini Elçin Vahabov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR