Gəncədə avtomobillə vurulan piyadalardan biri ölüb, digəri ağır xəsarət alıb

Gəncədə avtomobillə vurulan piyadalardan biri ölüb, digəri ağır xəsarət alıb
# 15 oktyabr 2015 06:20 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Azərbaycanın Gəncə şəhərində iki piyada avtomobillə vurulub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu gün səhər saatlarında Gəncə-Göygöl yolunda naməlum avtomobil yolu keçmək istəyən piyadanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Ölən şəxsin Göygöl şəhər sakini, 1933-cü il təvəllüdlü Valeh Musayev ilduğu müəyyənləşib.

Digər hadisə Gəncə şəhəri Nizami küçəsində qeydə alınıb. Ağdaş rayon sakini, 1995-ci il təvəllüdlü tələbə Afaq Bayramova avtomobil tərəfindən vurulub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Hər iki fakt üzrə Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR