Azərbaycan dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilib

Azərbaycan dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilib
# 24 fevral 2016 06:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyindən “APA-Economics”ə verilən məlumata görə, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Yeni layihənin icrasına oktyabr ayının sonlarında başlanılıb.

Fevralın 24-də Gəncə - Zazalı mənzilində 8 km-lik yolun əsaslı təmirinə başlanılır. Təmir işləri bir həftə davam edəcək.

Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.

Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “Moravia Steel” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.

Yeni layihənin icrasına oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 60 km dəmir yolu əsaslı təmir olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR