Türkmənistan sahillərində meyiti tapılmış neftçinin kimliyi müəyyən olunub

Türkmənistan sahillərində meyiti tapılmış neftçinin kimliyi müəyyən olunub
# 03 fevral 2016 11:56 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub. SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, ekspertlərin rəyinə əsasən, cəsəd “Neftqaztikinti” Trestində çalışmış Səmədov Xoşbəxt Xanış oğlunundur.

Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR