“Nar”ın təqdim etdiyi "Ailəm" paketi mobil rabitə bazarında böyük marağa səbəb olub

“Nar”ın təqdim etdiyi "Ailəm" paketi mobil rabitə bazarında böyük marağa səbəb olub
# 29 oktyabr 2015 07:32 (UTC +04:00)

Bakı - APA-Economics. “Nar”ın təqdim etdiyi “Ailəm” paketi daxilində abunəçilərə 4 nömrə arasında pulsuz danışıq təqdim olunur.

Mobil operatordan “APA-Economics”ə verilən məlumata görə, paketdən yararlanmaqla, abunəçilər öz ailələri, dostları və yaxınları ilə 31 dekabr 2015-ci il tarixədək pulsuz ünsiyyət imkanı əldə edirlər. “Ailəm” paketinə daxil olan 4 nömrənin hər birinə 1 manat ilkin balans və 100 MB internet trafiki hədiyyə edilir.

“Ailəm” paketinin üstünlüklərindən nəinki bütün “Nar” istifadəçiləri, hətta digər operatorların abunəçiləri də faydalana bilərlər. Bunun üçün onlar, sadəcə öz nömrələrini MND (mobil nömrə daşınması) vasitəsilə “Nar” operatoruna keçirməlidirlər.

“Ailəm” paketində ölkədaxili digər istiqamətlərə olan zəngin dəqiqəsi isə “Unikal” tarifinə (ölkədaxili bütün istiqamətlərə 4 qəpik) əsasən hesablanır. 31 dekabr 2015-ci il tarixindən sonra isə “Ailəm” paketinin istifadəçiləri öz aralarında cəmi 1 qəpiyə danışa biləcəklər.

Beləliklə, “Nar” tərəfindən istifadəçilərə təqdim edilən yeni “Ailəm” paketi böyük uğura imza atdı və kampaniya sayəsində minlərlə Azərbaycan ailəsi öz aralarında pulsuz danışıq imkanından yararlana bildi. “Ailəm” paketi barədə daha ətraflı məlumatı mobil operatorun internet səhifəsindən əldə etmək olar: www.nar.az.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR