Nursultan Nazarbayev: “Qazaxıstan ilə Azərbaycan arasında həll edilməmiş heç bir problem yoxdur”

Nursultan Nazarbayev: “Qazaxıstan ilə Azərbaycan arasında həll edilməmiş heç bir problem yoxdur”
# 03 aprel 2017 20:43 (UTC +04:00)

“Bizim qarşılıqlı münasibətlərimizin əsas məsələsi ticarətdir. Ticarəti genişləndirmək əsasında bütün digər münasibətləri inkişaf etdirmək lazımdır. Demək olmaz ki, 140 milyon dollar potensialımıza cavab vermir, amma bizim imkanlarımızı göstərmir”.

Bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev aprelin 3-də Azərbaycan prezidenti İlham Əliyev ilə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.

“Ticarətdən sonra ikinci yerdə energetika gəlir. Biz vaxtilə Bakı-Tbilisi-Ceyhan boru kəmərini dəstəkləmişik, gələcəkdə belə perspektiv var ki, Qazaxıstan nefti bu magistral ilə də Türkiyəyə, Avropaya və daha uzaqlara gedəcək. Biz bu məsələni də müzakirə etdik. Azərbaycan tərəfinin Bakıda inşa etdiyi xüsusi logistika mərkəzi, Bakıda və Aktaudakı taxıl terminallarımız ölkələrimiz arasında müvafiq məhsulu saxlamağa və boşaltmağa imkan verir. Yəni, nəqliyyat, energetika, kənd təsərrüfatı məhsulları ilə ticarət ölkələrimiz arasında əmtəə dövriyyəsinin əsas sahələridir”, deyə Nursultan Nazarbayev bildirib.

Dövlət başçısı qeyd edib ki, Qazaxıstan ilə Azərbaycan arasında həll edilməmiş heç bir problemin, münaqişəli vəziyyətlərin olmaması əməkdaşlıq üçün bütün yolları üzümüzə açır: “Şəxsən mən danışıqlardan, uğurlardan çox razıyam. Əlbəttə, bu, Azərbaycan tərəfinin dəstəyi ilə mümkün olub. Sizin tərəfinizdən Qazaxıstana göstərilən qonaqpərvərliyə, dostluğa görə mən şəxsən Sizə çox minnətdaram. Mən Sizi Qazaxıstana rəsmi səfərə dəvət edirəm. Sizi iyunun 10-da keçiriləcək “Ekspo-2017”nin açılışında fəxri qonaq olmağa dəvət edirəm. Mən, həmçinin sədr kimi sizi Şanxay Əməkdaşlıq Təşkilatına qonaq dəvət edirəm. Həmin görüşlərdə dialoqumuzu davam etdirərik və bu gün verdiyimiz tapşırıqların necə icra olunduğunu yoxlayarıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR