Azərbaycandakı kommersiya banklarının xarici öhdəlikləri 4% artıb

Azərbaycandakı kommersiya banklarının xarici öhdəlikləri 4% artıb
# 30 dekabr 2019 13:05 (UTC +04:00)

Bu il dekabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin ümumi həcmi 1 666,1 mln. manat təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, bu, noyabrın 1-nə olan göstərici ilə müqayisədə 58,9 mln. manat və ya 3,7% çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə isə kommersiya banklarının xarici öhdəlikləri 182,7 mln. manat və ya 9,9% azalıb.

Qeyd edək ki, kommersiya banklarının xarici öhdəliklərinin rekord həddi 2017-ci il fevralın 1-də qeydə alınıb və 8 071,7 mln. manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR