Azərbaycanda işsizlərin sayı açıqlanıb

Azərbaycanda işsizlərin sayı açıqlanıb
# 24 yanvar 2017 09:21 (UTC +04:00)

2017-ci il yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 mln. 12,7 min nəfər təşkil edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2016-cı il dekabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 mln. 514,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 889,5 min nəfər, qeyri-dövlət sektorunda isə 624,9 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,2 min nəfər, qeyri-neft sektorunda isə 1 mln. 480,2 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,1%-i məhsul istehsalı sahələrində, o cümlədən 6,9%-i emal sənayesində, 6%-i tikintidə, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,3%-i mədənçıxarma sənayesində, 2%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.


Xidmət sahəsində işləyənlərin 22,2%-i təhsil, 19,2%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,7%-i istirahət, əyləncə və incəsənət, 3,6%-i peşə, elmi və texniki fəaliyyət, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 1,6%-i informasiya və rabitə, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,2%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar.

2016-cı ilin yanvar-noyabr aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 152,7 saat təşkil edib.

2017-ci il yanvar ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 33 min nəfər olub, onların 38,1%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 257 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR