Bakıda 42 yaşlı kişi özünü asma körpüdən atmaq istəyib

Bakıda 42 yaşlı kişi özünü asma körpüdən atmaq istəyib
# 02 oktyabr 2017 08:42 (UTC +04:00)

Bakıda intihara cəhdin qarşısı alınıb.

APA-nın məlumatına görə, paytaxtın Heydər Əliyev prospektində yerləşən asma körpüdə bir nəfər intihar etmək məqsədi ilə körpüyə çıxmağa cəhd edib. Ərazidə olan polis əməkdaşları cəhdin qarşısını alıb.

Polisə tərəfindən saxlanılan şəxsin Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Qiyamət Abdulzadə olması müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR