Lavrov: "Rusiyanın Suriyadakı bazaları anti-terror əməliyyatı keçirməyə kifayət edir"

Lavrov: "Rusiyanın Suriyadakı bazaları anti-terror əməliyyatı keçirməyə kifayət edir"
# 31 oktyabr 2016 11:44 (UTC +04:00)

"Hmeymimdə və Tartusdakı Rusiya hərbi bazaları Suriyada anti-terror əməliyyatları keçirməyə kifayət edir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov kiprli həmkarı İoannis Kisulidislə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Suriya hökumətinin xahişi ilə keçirdiyimiz anti-terror əməliyyatlarının vacib parametrlərini təmin etmək baxımından Hmeymimdəki və Tartusdakı hərbi bazalarımızın çoğrafi vəziyyəti olduqca əlverişlidir", - deyə Rusiya XİN başçısı qeyd edib.

Onun sözlərinə görə, kiprli həmkarı ilə bu gün keçirdiyi görüşdə Rusiya hərbi bazasının Kiprdə yerləşdirilməsi məsələsi müzakirə olunmayıb: "Bu gün bu haqda müzakirə aparmamışıq. Prinsipcə, Həbi Dəniz Qüvvələrimizin gəmiləri beynəlxalq hüquqa uyğun olaraq hansısa xüsusi xidmət olmadan dövri olaraq Kipr limanlarından istifadə edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR