İtaliyada körpü uçub, ölən və yaralananlar var

İtaliyada körpü uçub, ölən və yaralananlar var
# 28 oktyabr 2016 19:33 (UTC +04:00)

İtaliyanın şimal bölgəsində, Milan – Leko avtomagistralında körpü uçub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində azı 1 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Məlumata görə, hadisə zamanı körpü ilə hərəkət edən yük maşını körpünün altı ilə hərəkət edən minik avtomobilinin üstünə düşüb.

Hadisə yerinə xilasedicilər cəlb edilib. Ətrafdakı yolların bağlandığı bildirilir. İnsidentin səbəbləri müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR