Əfqanıstanın cənubundakı Qandahar vilayətində partlayış baş verib.
APA-nın “Tolo News”a istinadən verdiyi xəbərə görə, terrorçuların əsas hədəfi NATO-nun "Güclü dəstək" missiyası çərçivəsində ölkədə xidmət edən Rumıniya əsgərlərinin karvanı olub. Lakin hadisə nəticəsində yaxınlıqdakı mədrəsədə təhsil alan 11 şagird ölüb. Hərbi qulluqçuları narasında isə 6 yaralı var.
Partlayışla bağlı hələlik heç bir terror qruplaşması məsuliyyəti üzərinə götürməyib.