İsmayıllıda avtomobil camışı vuraraq öldürüb

İsmayıllıda avtomobil camışı vuraraq öldürüb
# 07 avqust 2017 12:17 (UTC +04:00)

İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun İsmayıllının Gəraybəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ 2107" markalı minik avtomobili gecə saatlarında yola çıxan camışı vuraraq öldürüb. Sürücü yüngül xəsarət alıb, ona xəstəxanada tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR