Fransua Olland: “Rusiyaya ikinci “Mistral”ın çatdırılması sual altındadır”

Fransua Olland: “Rusiyaya ikinci “Mistral”ın çatdırılması sual altındadır”
# 22 iyul 2014 10:16 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Rusiyaya ikinci “Mistral”ın verilməsi onun Ukrayna ilə bağlı mövqeyindən asılı olacaq.

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Fransa prezidenti Fransua Olland bəyan edib.

O qeyd edib ki, Rusiyanın Fransaya sifariş verdiyi “Mistral” helikopter daşıyan gəmilərindən biri çatdırılacaq, amma ikincinin çatdırılması hələ sual altındadır.

Xatıraldaq ki, Rusiya tərəfi müqavilənin pozulacağı təqdirdə, Fransanın 1 milyard avro cərimə ödəmək məcburiyyətində qalacağını bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR