"Gələrsən, görərsən" adlı televiziya layihəsinin Şəkiyə həsr olunmuş buraxılışı hazırlanıb

"Gələrsən, görərsən" adlı televiziya layihəsinin Şəkiyə həsr olunmuş buraxılışı hazırlanıb
# 16 avqust 2014 09:45 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi və dəstəyi ilə gerçəkləşən "Gələrsən, görərsən" adlı televiziya layihəsinin Şəkiyə həsr olunmuş buraxılışı hazırlanıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, Şəki haqqında lentə alınan tanışlıq filmi layihənin ikinci buraxılışıdır.

Televiziya layihəsində Şəkinin mədəniyyət mərkəzləri, turizm obyektləri, coğrafi mövqeyi, maddi-mədəniyyət abidələri haqqında ətraflı məlumat verilir.

30 dəqiqəlik “Gələrsən, görərsən” televiziya buraxılışının ssenari müəllifi Aynur Talıbova, rejissoru Ülviyyə Könül, operatorları Samir Həsənov və Kamal Məmmədov, bəstəkarı Aytən İsmixanovadır.

Layihənin növbəti buraxılışları Quba, Xaçmaz, Lənkəran və Masallı haqqında olacaq.

İlk buraxılış Qəbələyə həsr olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR