Azərbaycanda bütün tibb personalının qoşulacağı Milli Səhiyyə Şəbəkəsi yaradılacaq

Azərbaycanda bütün tibb personalının qoşulacağı Milli Səhiyyə Şəbəkəsi yaradılacaq
# 09 aprel 2014 08:11 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda bütün tibbi personalın, tibb müəssisələrinin etibarlı, təhlükəsiz geniş zolaqlı şəbəkəyə qoşulmasını təmin edən Milli Səhiyyə Şəbəkəsi yaradılacaq.

APA-nın verdiyi məlumata görə, bu, prezident İlham Əliyevin təsdiqlədiyi “İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da əksini tapıb.

Eyni zamanda elektron sağlamlıq kartı sisteminin inkişaf etdirilməli və bütün yaş qrupları elektron sağlamlıq kartları ilə təmin olunmalıdır. Strategiyada tibbi informasiya sistemlərinin tətbiqinin genişləndirilməsi və elektron sağlamlıq sistemi ilə əlaqələndirilməsi, ümumi istifadə üçün tibbi resursların yaradılması, telesəhiyyənin inkişaf etdirilməsi və tibb işçilərinin İKT biliklərinin artırılmasının stimullaşdırılması da əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR