Serj Sarkisyan: “Fransa bütün həssas və vacib məsələlərdə Ermənistanın yanındadır”

Serj Sarkisyan: “Fransa bütün həssas və vacib məsələlərdə Ermənistanın yanındadır”
# 13 may 2014 10:22 (UTC +04:00)

Bakı - APA. “Fransa bütün həssas və vacib məsələlərdə Ermənistanın yanındadır”. APA-nın “Armenia Today” saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan Fransa prezidenti Fransua Ollandın şərəfinə verilən ziyafətdə çıxış edərkən deyib.

S. Sarkisyan Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesində atdığı ardıcıl addımları yüksək qiymətləndirdiklərini söyləyib: “Ermənistan öz xarici siyasətinin Avropa istiqamətinin inkişafında dost Fransanın dəstəyini də yüksək qiymətləndirir. Avropa Birliyinin dəstəyi ilə bizim ölkəmizdə demokratiyanın, insan haqlarının, qanunun aliliyinin və hüquqi dövlətin möhkəmlənməsinə kömək edən geniş miqyaslı islahatlar həyata keçirilib. Ermənistan Fransanın dəstəyi ilə bu yolda işləri davam etdirməyə hazırdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR